DUZ AŞINMASI

süxurlarda olan duz məhlullarının üst laylardan suyun buxarlanması zamanı kapilyar çatlarda və boşluqlarda duzların kristallaşması sayəsində süxurların dağılması və kimyəvi dəyişikliyə uğraması prosesi. Əsasən səhralar üçün səciyyəvidir. солевое выветривание salt weathering
DUNAY-GÜNS BUZLAQARASI
DUZ DİSLOKASİYASI
OBASTAN VİKİ
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. == Dində == Əli: "Yeməyinizi duzla başlayın.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Duz (dəqiqləşdirmə)
Xörək duzu
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. == Duzların alınması == Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma == Duz yenitöremeleri == Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. == Duz ehtiyatı == Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Duz tektonikası
Duz tektonikası — təzyiq nəticəsində yaranan qırışıqlıq növü. Yüksək təzyiq altında duzun xüsusi çəkisi (2,2) yerləşdiyi çöküntülərin xüsusi çəkisinə (2,5–2,6) nisbətən az və plastik olması duz kütləsinin qalxmasına səbəb olur. Üstqatda yatan süxurların sıxlığının müxtəlifliyi, bünövrənin kələ-kötür, az meyilli qırışıq, yaxud qırılmanın olması ilə bağlı yaranan kiçik təzyiqlər fərqi duzun toplanmasına və duz nüvəli qırışığın inkişafına təkan verir. == Passiv duz strukturları == Qravitasiya qeyri-sabitliyinə görə heç bir xarici tektonik təsir olmadan davamlı çöküntü yüklənməsi zamanı strukturlar yarana bilər. Qaya duzu 2160 kq/m3 sıxlığa malikdir. İlkin çökmə zamanı çöküntülər ümumiyyətlə 2000 kq/m3 daha az sıxlığa malikdir, lakin yüklənmə və sıxılma ilə onların sıxlığı 2500 kq/m3-ə qədər artır ki, bu da duzdan daha böyükdür Üstündəki təbəqələr sıxlaşdıqdan sonra zəif duz təbəqəsi Rayleigh-Taylor qeyri-sabitliyinin bir forması səbəbindən xarakterik silsilələr və çökəkliklər seriyasına deformasiyaya meylli olacaq. Sonrakı çökmə çökəkliklərdə cəmləşəcək və duz onlardan uzaqlaşaraq silsilələrə doğru hərəkət etməyə davam edəcək. Gec mərhələdə, diapirlər silsilələr arasındakı qovşaqlarda başlamağa meyllidirlər, böyümələri silsilələr sistemi boyunca duzun hərəkəti ilə qidalanır və duz ehtiyatı tükənənə qədər davam edir. Bu prosesin sonrakı mərhələlərində diapirin yuxarı hissəsi səthdə və ya onun yaxınlığında qalır, sonrakı dəfn diapirin qalxması ilə uyğunlaşdırılır və bəzən aşağı salınma adlanır. Almaniyadakı Schacht Asse II və Gorleben duz qübbələri sırf passiv duz quruluşuna nümunədir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Azərbaycan duz ayini
Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır. == İcrası == Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar. == Ədəbiyyatda == "Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib.
Mayo duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. == Coğrafiya == Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Xevra duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Naxçıvan Duz Muzeyi
Naxçıvan Duz Muzeyi – Azərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdur. Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmıç elmi tədqiqat işlərini sistemləşdirməkdir. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir. Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur.
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Azərbaycan Duz İstehsalat Birliyi